10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Özbəkistanın tikinti sektoruna $500 mln.-dan çox investisiya yatıra bilər

Azərbaycan Özbəkistanın tikinti sektoruna 500 milyon ABŞ dollarından çox investisiya yatıra bilər.

Bunu Özbəkistanın Azərbaycandakı fəxri konsulu Kənan Cəlilov bu gün Daşkənddə keçirilən Özbəkistan-Azərbaycan biznes forumunda bildirib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov isə deyib ki, iki ölkə arasında yükdaşımalarda artım 25-30% civarındadır.

“Qurulmuş nəqliyyat-logistika kommunikasiyaları gözlədiyimiz nəticələri verir. Biz görürük ki, regionda yükdaşımaların həcmi hər iki istiqamətdə 25-30% artır”, – nazir bildirib.

M.Cabbarov onu da əlavə edib ki, yaxın vaxtlarda Xankəndi şəhərində tekstil istehsalı müəssisəsi açılacaq: “Bu, Özbəkistan şirkətinin investisiya layihəsidir”.

Forum zamanı Bakı, Şuşa, Daşkənd və Səmərqənddə ticarət evlərinin və “show room”ların açılması da müzakirə olunub.

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovun sözlərinə görə, ölkəsi Azərbaycanda faydalı qazıntıların emalına, habelə tikinti materialları istehsal edərək Qarabağın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa işlərində iştirak etməyə hazırdır.

Bundan əlavə, L.Kudratov Azərbaycan şirkətlərini Özbəkistanda əlvan metal yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edib.

“Biz də öz növbəmizdə Azərbaycan şirkətlərini əlvan metalların, o cümlədən mis yataqlarının işlənməsi və hasilatında iştirak etməyə dəvət edirik. Enerji və neft-qaz sahələrində əməkdaşlıq yaxşı templə inkişaf edir”, – özbəkistanlı nazir qeyd edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər