Azərbaycan premium markalı benzinin idxalını artırıb

Azərbaycanın 2026-cı ilin 1-ci rübündə premium  mühərrik benzinin idxalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə artım göstərib.

Banker.az xəbər verir ki, 95 oktanlı premium benzinin ölkəyə 44.5 min ton daxil olub, 2025-ci ilin 30.9 min tonu ilə müqayisədə 44% artım qeydə alınıb. İdxalın dəyəri 38 milyon 389 min dollara çataraq əvvəlki ilin 26 milyon 98 min dolları ilə müqayisədə 47% yüksəlib.

Bir ton premium benzinin qiymət 861.97 dollar olub, 2025-ci ildə bu rəqəm 845.7 dollar idi.

Super premium markalı 98 oktanlı benzinlərdən 530 ton idxal edilib, əvvəlki ilin 651 tonu ilə müqayisədə 18,6% azalma müşahidə olunub, dəyəri 650.17 min dollar, ton başına qiyməti isə 1 milyon 226 dollar təşkil edib.

Belarusdan idxal 11 822 ton, Rusiya isə 11 396 ton olub, Rumıniyadan isə 2 717 ton benzin gətirilib.

Aİ-92 oktanlı benzinin idxalı isə bu il baş tutmayıb. Keçən ilin eyni dövründə 53.27 min ton və ya 42 milyon 214 dollarlıq benzin idxal edilmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər