Rəvan Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncam imzalayıb. Bu barədə Banker.az-a Prezidentin rəsmi saytından məlumat daxil olub.
“Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilsin” – deyə, sərəncamda qeyd edilir.
Qeyd edək ki, R.Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktor əvəzi idi.