2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Prezidenti “Tibbi sığorta haqqında” fərmana dəyişiklik edilməsi haqqında fərman imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Trendin məlumatına görə, fərman Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanını “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 153-VQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə verilib.

Fərmana əsasən, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 20; 2003, № 10, maddə 585; 2008, № 8, maddə 716) 2-ci hissəsinin dördüncü abzasından “6-cı maddəsinin ikinci hissəsinin beşinci abzasında və” sözləri çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər