10 C
Baku
Friday, December 27, 2024

Azərbaycan Qarabağda karbon neytrallığına nail olmaq öhdəliyini bir daha təsdiqləyib

Azərbaycan 2050-ci ilə qədər Qarabağda karbon emissiyalarının sıfır səviyyəsinə çatmağı hədəfləyir.

Bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının Ümumi Müzakirəsində “Heç kimi geridə qoymayaq: indiki və gələcək nəsillər üçün sülhün, davamlı inkişafın və insan ləyaqətinin inkişafı naminə birgə hərəkət etmək” mövzusunda çıxış edərkən qeyd edib.

“Biz <…> 2050-ci ilədək Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonaları yaradacaq və karbon neytrallığına nail olacağıq. Azərbaycan dayanıqlı inkişafa, yoxsulluğun aradan qaldırılmasına və milyonlarla insanın regionda və onun hüdudlarından kənarda təmiz enerjiyə keçidinə töhfə verməklə qlobal enerji təhlükəsizliyində mühüm rol oynamağa davam edəcəkdir”, – ölkənin baş diplomatı vurğulayıb.

Onun sözlərinə görə, “təmiz ətraf mühit və yaşıl inkişaf bizim yeni milli inkişaf strategiyamızın beş prioritet sahələrindən birini təşkil edir”.

“Buna uyğun olaraq, Azərbaycan istixana qazlarının emissiyalarının daha da azaldılması yollarını axtarır və 1.5 selsiyə uyğunlaşdırılmış Milli Səviyyədə Müəyyən Edilmiş Töhfəsi üzərində işləyir”, – o bildirib.

Son xəbərlər
Digər xəbərlər