“Bizim iki məhkəmədə – Beynəlxalq Ədalət Məhkəməsi və İnsan Hüquqları üzrə Avropa Məhkəməsində Ermənistana qarşı iddialarımız var”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, hər iki məhkəmədə söhbət insan hüquqlarından gedir:
“Digər məsələlər gündəmdə deyil. Ona görə təzminat məsələsi çox mürəkkəb məsələdir. Biz bu məsələləri fərdi şəkildə milli məhkəmələrdə qaldıracağıq. Məsələn, İsveçrənin bir şirkəti var. Hansı ki, Qarabağda qeyri-qanuni fəaliyyət göstərir və gəlir əldə edir. Biz onlara qarşı İsveçrə məhkəməsində iddia hazırlayırıq”.