18 C
Baku
Sunday, April 28, 2024

Azərbaycan qazının qiyməti bu il artacaq – PROQNOZ

Beynəlxalq Valyuta Fondu (BVF) 2029-cu ilə qədər Azərbaycan qazının 1 000 kubmetrinin orta qiymət üzrə proqnozunu açıqlayıb.

Bu, BVF-nin İcraiyyə Şurasının Azərbaycan hökuməti ilə IV maddə üzrə məsləhətləşmələrin yekunlarına əsaslanan qiymətləndirməsində (2023-cü ilin noyabr ayında aparılıb – İF) öz əksini tapıb.

Proqnoza əsasən, bu il Azərbaycan qazının 1 000 kubmetrinin orta qiyməti 393,1 ABŞ dolları təşkil edəcək, bu da 2023-cü ilin göstəricisi ilə müqayisədə 8,3 ABŞ dolları və ya 2,16% çoxdur.

Qeyd olunur ki, 2023-cü ildə Azərbaycan qazı kəskin ucuzlaşıb. Belə ki, ötən il bu göstərici 384,8 dollar səviyyəsində olub ki, bu da illik müqayisədə 355,2 dollar və ya 48% azalma deməkdir.

Bununla yanaşı, BVF gələn il qazın qiymətinin azalmasının, 2026-cı ildə isə yenidən artacağını gözləyir. Azərbaycan qazının qiyməti üzrə 2027-2028-ci illər üçün Fond azalma dinamikasını proqnozlaşdırır.

Azərbaycan qazının qiymətinin illər üzrə dinamikası (BVF qiymətləndirməsinə əsasən):

İllər üzrə 2020 2021 2022 2023 2024 2025 2026 2027 2028
Qazın güman edilən qiyməti (min kubmetr, ABŞ dolları) 173,5 368,1 740 384,8 393,1 291,7 362,6 322,6 319
MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər