6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan qlobal rəqabət reytinqində 2 pillə yüksəlib

Azərbaycan Dünya İqtisadi Forumun (WEF) “2017-2018 Qlobal Rəqabət İndeksi” reytinqində 2 pillə yüksələrək 35-ci sırada qərarlaşıb. Hesabatda bildirilir ki, Azərbaycan budəfəki indeksi 4,7 bənd təşkil edib.

Hesabatda 137 ölkə iştirak edib və ilk iki sıranı 5,9 bəndlə İsveçrə və ABŞ, üçüncü sıranı isə 5,7 bəndlə Sinqapur tutub.

Qeyd edək ki, Azərbaycan rəqabət qabiliyyətliliyinə görə 2017-2018-ci il hesabatında MDB ölkələri arasında lider ölkədir. Reytinqdə Rusiya 38-ci, Qazaxıstan 57-ci, Gürcüstan 67-ci, Ermənistan 73-cü sırada yer alıb. Türkiyə isə 53-cü sırada qərarlaşıb.

Hesabatda bildirilir ki, Azərbaycanda biznesin qurulması üçün ən problemli amillər arasında maliyyə resurslarına çıxış (16,5 bənd), xarici valyutanın tənzimlənməsi (14,8 bənd), vergi tənzimləmələri (11,5 bənd), inflyasiya (10,4 bənd) qeyd olunub.

Müsbət amillərə isə kriminal vəziyyətin sabitliyi (3,9 bənd), hökumət sabitliyi (2,6 bənd), saəhiyyə (2,5 bənd), əmək bazarının tənzimləməsi (2,4 bənd), siyasi stabillik (1,7 bənd) və innovasiyalara çıxış (0,3 bənd) aiddir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər