13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan quş qripinə görə bu ərazilərdən idxala məhdudiyyət qoydu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (WOAH) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının məlumatına əsasən, Niderlandın Cənubi-Hollandiya əyalətində, Şotlandiyanın Eilean-Siar inzibati ərazi vahidində, İngiltərənin Şərqi-Midland regionunda, ABŞ-ın isə Kentukki və Arkanzas ştatlarında yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, bu ərazilərdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Agentlikdən bildirilir ki, qeyd olunan ərazilərdən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Son xəbərlər
Digər xəbərlər