2019-cu ilin yanvar ayında Azərbaycan ilə Rusiyanın ticarət dövriyyəsi 340,51 mln. manat təşkil edib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,1% çox olması deməkdir.
Bununla yanaşı Rusiyaya ixrac olunan məhsulun həcmi 88,74 mln. manat idxal olunan məhsulların həcmi isə 251,78 mln. manat olub ki, bu da 16 mln. 304 min “mənfi ticarət saldonun olması deməkdir.
Qeyd edək ki, ötən ilin anoloji dövründə Azərbaycanın Rusiya ilə ticarət əlaqəsində saldo “mənfi” 15 mln. 965 min manat idi. Bu da faizlə 2,12% “mənfi” ticarət saldosunun artmasıdır.