12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan, Rusiya və İran nazirlərinin iştirakı ilə üçtərəfli görüş olub

Qaz İxrac edən Ölkələr Forumunun (GECF) tədbirləri çərçivəsində Dohada Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Rusiya Federasiyasının energetika naziri Nikolay Şulqinov və İranın energetika naziri Əli Əkbər Mehrabianın iştirakı ilə üçtərəfli görüş keçirilib.

Banker.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələr arasında enerji əməkdaşlığının gündəliyində olan məsələlər müzakirə edilib. Şimal-Cənub elektrik enerjisi dəhlizinin yaradılması istiqamətində görülən işlər nəzərdən keçirilib. Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanması ilə əlaqədar fikir mübadiləsi aparılıb. Elektrik enerjisi dəhlizinin hər üç ölkə üçün əhəmiyyətli olduğu vurğulanaraq, layihənin texniki-iqtisadi əsaslandırması prosesinin sürətləndirilməsinin vacibliyi qeyd edilib. Layihənin texniki-iqtisadi əsaslandırmasına məsul şirkət “Monenco Iran”, eləcə də hər üç ölkənin energetika nazirlikləri və müvafiq  enerji şirkətlərinin  iştirakı ilə görüşün keçirilməsi təklif edilib.

Energetika naziri Pərviz Şahbazov ilə İranın energetika naziri Əli Əkbər Mehrabian arasında ikitərəfli  görüş də olub. Görüşdə iki ölkə arasında enerji əməkdaşlığına, həmçinin “Xudafərin” və Qız Qalası” su elektrik stansiyaları layihəsinin icrası ilə bağlı məsələlər müzakirə edilib.

perviz shahbazov

perviz sahbazov

Son xəbərlər
Digər xəbərlər