Azərbaycan ötən il Rusiyadan idxal etdiyi duru yağın idxalını azaldıb, ABŞ-ınkın artıb. Söhbət ölkəmizə idxal olunan xam günəbaxan və qarğıdalı yağının idxalından gedir.
Banker.az bunu rəsmi göstəricilərə istinadla xəbər verir.
Günəbaxan. Azərbaycan ötən ildə 39 965 ton (43 440 kilo litr) həcmində xam günəbaxan yağı idxal edib, bunun da idxal dəyəri 32.01 milyon ABŞ dolları təşkil edib. Bu da öncəki illə müqayisədə 18% azalma deməkdir. Azərbaycan 2019-cu ildə bu duru yağı Rusiya Federasiyasından yalnız idxal etsə də, 2020-də çox cüzi həcmdə İran və Türkiyədən idxal edib. Azərbaycan 2019-cu il xam günəbaxan yağının hər tonunu 677.1 dollara idxal etdiyi halda, 2020-ci ildə 801.05 dollara idxal edib. Yəni illik müqayisədə xeyli bahalaşıb.
Qarğıdalı. Ölkəmizə xaricdən 15 608 ton həcmində xam qarğıdalı yağı idxal edilib ki, bu da 17.31 milyon dollarlıq valyuta axınıdır. Azərbaycan qarğıdalı yağınlın xam formada idxalının həcmini öncəki illə müqayisədə 16% artırmalı olub. Artıma səbəb isə ABŞ-dan idxal olunan qarğıdalı yağının miqdarını az qala iki dəfə (97%) artırmasıdır. 2019-da ABŞ-dan 6 937 ton həcmində (6.52 mln. dollar) xam yağı idxal etdiyi halda, 2020-də bunun həcmini 13 634 tona (15.22 mln dollar) çatdırıb. Qalan 1 973 tonu Argentinadan ( 2.1mln dolar) idxal edib. Öncəki ildən fərqli olaraq Belçika xam yağı Azərbaycan ya “əlçatan” ya da maraqlı olmayıb.
Azərbaycan xam qarğıdalının yağının hər tonuna görə ortalama 2019-cu ildə 933 dollar xərc çəkdiyi halda, 2020-ci ildə yüksələrək 1 1093 dollar olub.
QEYD: Qarğıdalı və günəbaxan yağların bir tonu 920 litr edir.