10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan Rusiyaya məhsul satışını artırıb

2021-ci ilin müvafiq dövrü ərzində fitosanitar nəzarətdə olan bir sıra bitkiçilik məhsullarının Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixracında əhəmiyyətli dərəcədə artım müşahidə olunub.

Banker.az AQTA-dan əldə etdiyi məlumata əsasən xəbər verir ki, 2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiya Federasiyasına 37677,93 ton xurma məhsulu ixrac olunub ki, bu da ötən illərlə müqayisədə 129 % artım deməkdir.

Həmçinin 2021-ci ilin müvafiq dövrü ərzində əvvəlki illərlə müqayisədə bu ölkəyə ixrac alma məhsulu üzrə 21 % (32654,52 ton), kartof məhsulu üzrə 23 % (85015,5 ton), xiyar və kornişon məhsulu üzrə 112 % (3884,46 ton), şaftalı və nektarin məhsulu üzrə 182 % (19040,45 ton), qarpız məhsulu üzrə 151 % (6930,82 ton), təzə üzüm məhsulu üzrə 178 % (2905,16 ton), gavalı və göyəm məhsulu üzrə 47 % (5304,07 ton), çiyələk məhsulu üzrə 122 % (4686,05 ton), armud məhsulu üzrə isə 177 % (3088,6 ton) artıb.

 

Son xəbərlər
Digər xəbərlər