12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan şəhərlərinin rəqəmsal əkizləri yaradılacaq

Azərbaycan şəhərlərinin rəqəmsal əkizlərinin yaradılması planlaşdırılır.

Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bu gün Bakıda keçirilən “Inmerge” İnnovasiya Sammitində deyib.

Nazir müavini bildirib ki, qabaqcıl texnologiyaların ölkəmizdə tətbiqi hökumətin əsas prioritetlərindən biridir: “Hökumətin fəaliyyətində rəqəmsallaşma daha da geniş tətbiq olunacaq. Ölkə miqyasında innovasiyalar sahəsinə böyük sərmayə qoyuluşu etməyi planlaşdırırıq”.

O bildirib ki, texnologiyalardan fəal istifadə, süni intellektin inkişaf etdirilməsi nəzərdə tutulub: “Əsas əməkdaşlıq isə rəqəmsal ticarətin ölkəmizdə yaradılmasına istiqamətlənib”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər