6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan şəkər çuğunduru istehsalını 51% azaldıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda şəkər çuğunduru istehsalı 50.7% azalıb.

Banker.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, hesabat dövründə ölkədə yığım başlanandan sahələrdən 57.7 min ton şəkər çuğunduru yığılıb.

Bununla yanaşı, təhlil olunan dövr ərzində Azərbaycanda 1021.9 min ton və ya keçən
ilin müvafiq dövrünə nisbətən 3.8 faiz çox kartof, 1 665.5 min ton (1.6 faiz çox) tərəvəz, 466.5 min ton (1.8 faiz çox) bostan məhsulları, 765.6 min ton (3.4 faiz çox) meyvə və giləmeyvə toplanıb.

Son xəbərlər
Digər xəbərlər