Azərbaycana pandemiya “ayaq qoyandan” Azərbaycan Sənaye Bankı ASC-nin (ASB) balans göstəriciləri özünə gələ bilmir. Bankın aktivləri müştərilərə verilən kreditlər və eləcədə öhdəlikləri – cəlb etdiyi depozitlərin həcmi ilbəil düşür. Söhbət 1 oktyabr 2021-ci il tarixinə olan balans göstəricilərindən edir.
Banker.az xəbər verir ki, ASB bankın aktivləri ilin əvvəli ilə müqayisədə 5 faiz azalma ilə 866.64 milyon manata qədər geriləyib. Aktivlərin azalmasında müştərilərə verdiyi kreditlərin həcminin ilin ilk 9 ayı ərzində 316.99 milyon manatdan 226.74 milyon manata düşməklə, 29% azalma yaşamasıdır. Pandemiya müddətində bankın kredit verməsi xeyli zəifləyib. Bank kreditlərin azalması fonunda, faizli öhdəliklərini qarşılamaq üçün (əlavə olar digər banklar kimi qiymətli kağızlar bazarında iştirak etmir) əlindəki vəsaiti digər banklara yatırmaqla portfeli 444.04 milyon manatdan 481.8 milyon manata çatdırıb.
Bildirməliyik ki, Bu bankın əsas müştəri bazası yaxın olduğu “Azersun Holding”in törəmə şirkətləridir.
Bankın gəlirləri də əslində öncəki ildəkindən zəifləyib, nəticədə də xalis mənfəət xeyli azalmışdır. Ətraflı linkdə
MÜŞTƏRİLƏR BANKDAN DEPOZİTİ GERİ ÇƏKİB
Azərbaycanda hazırkı vəziyyətdə bir çox bankların müştərilərdən cəlb etdiyi depozitlərin artım tendensiyası müşahidə edildiyi halda, ASB Bank-da bu azalmağa doğru gedir. Bankın depzoit portelinin həcmi son üç rüb ərzində 47.75 milyon manat, yaxud 7.5 faiz azalaraq 592.19 milyon manata düşüb.
Beləliklə, bankın öhdəliklərinin həcmi 1 oktyabr 2021-ci il tarixinə 760.24 mln. manata düşmüşdür.
Xatırladaq ki, ASB 1996-cı ildə “Capital Investment Bank” adı ilə fəaliyyətə başlayıb, 2006-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 60 milyon manatdır. Bankın səhmlərinin 98.4252 %-i “Anadolu Investment Company” MMC-yə, 1 %-i Leyla Goozal Kurta, 0.5748 %-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.