“Azərbaycan Sənaye Bankı” səhmdarlara dividend ödəyəcək

“Azərbaycan Sənaye Bankı” ASC-nin Audit Komitəsinin qərarına əsasən Bankın 2026-cı il üzrə növbəti İllik Ümumi Yığıncağı keçiriləcək.

Banker.az xəbər verir ki,bankdan verilən məlumata görə, yığıncaq 22 may 2026-cı il tarixində saat 11:00-da Bakı şəhəri, Suraxanı rayonu, “Xəyal Adası” Yaşayış Kompleksində yerləşən Bankın Baş ofisinin inzibati binasında baş tutacaq.

Yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

  • 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının və müstəqil auditor rəyinin müzakirəsi və təsdiqi;
  • 2025-ci ilin nəticələrinə dair “İllik Hesabat”ın təsdiq edilməsi;
  • Dividendlərin bölüşdürülməsi;
  • Digər cari məsələlər.

Qeyd olunub ki, səhmdarlar gündəliyə dair materiallarla bildirişə əlavə edilmiş sənədlər vasitəsilə tanış ola, həmçinin həftə içi hər gün saat 09:00-dan 18:00-dək Bankın yerləşdiyi ünvanda əlavə məlumat əldə edə bilərlər.

Xatırladaq ki, ASB ASC-nin 60 milyon manatlıq nizamnamə kapitalının 98.43%-i “Anadolu İnvestment Kompani” MMC-yə, 1%-i Leyla Gozal-a, 0.57%-i isə “Azərbaycan Sənaye Lizinq” MMC-yə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər