“Azərbaycan Sənaye Bankı” 2019-cu ilin yanvar-sentyabr aylarını 6 milyon 646 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın xalis mənfəət 4 milyon 705 min manat olub. Belə ki, cari ilin ilk 9 ayında bankın xalis mənfəəti 41,2% artıb.
Banker.az bu barədə bankın 3-cü rüb maliyyə hesabatına istinadən xəbər verir.
2019-cu ilin 9 ayında “Azərbaycan Sənaye Bankı”nın cəmi aktivləri 939 milyon 662 min manat təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrülə müqayisədə bankın aktivləri 7% azalması deməkdir. Cari ilin yanvar-sentyabr aylarında bankın müştərilərə verdiyi kreditlər isə 314 milyon 686 min olub. Belə ki, bu il bankın kredit portfeli illik müqayisədə 10% artıb.
“Azərbaycan Sənaye Bankı”nın bu ilin 9 ayında faiz gəlirləri 20 milyon 438 min manat, faiz xərcləri 10 milyon 989 min manat, qeyri-faiz gəlirləri 8 milyon 369 min manat, qeyri-faiz xərcləri 9 milyon 138 min manat təşkil edib. Beləliklə, bankin əməliyyat mənfəəti 8 milyon 680 min manat olub.
Bankın cəmi öhdəlikləri 2018-ci ilin analoji dövrüylə müqayisədə 8% azalaraq 840 milyon 977 min manat , cəmi kapitalı isə 4% artaraq 98,684 min manat olub. “Azərbaycan Sənaye Bankı”nın depozit portfeli isə 2% azalaraq 670 milyon 801 min manat təşkil edib.