“Azərbaycan Sənaye Bankı” 2025-ci ilin yanvar-mart aylarını 1 milyon 740 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin müvafiq dövründə isə bankın mənfəəti 835 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2 dəfə artımı deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il ASB-nin gəlirləri 13 milyon 59 min manat, xərcləri 10 milyon 787 min manat təşkil edib. 2024-cü ilin eyni dövründə gəlirlər 12 milyon 5 min manat, xərclər isə 10 milyon 894 min manat olub.
Bu ilin aprel ayının 1-nə ASB-nin aktivləri 795 milyon 898 min manat olub ki, bunun 305 milyon 812 min manatı müştərilərə verilən kreditlərdir.