19 C
Baku
Sunday, May 19, 2024

“Azərbaycan Sənaye Korporasiyası”nda kadr dəyişikliyi olub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “ASK Security” MMC-nin direktoru Seyfulla Abbasov vəzifəsindən azad edilib.

Şirkətə rəhbərlik Tehran Babatova həvalə olunub.

Onun vaxtilə Dövlət Sərhəd Xidmətində və ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində çalışdığı bildirilir.

Xatırladaq ki, “ASK Security” 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 manatdır. Şirkət ASK və onun törəmə müəssisələrinə məxsus qeyri-yaşayış obyektlərinin təhlükəsizliyinin təmin edilməsi və qorunmasını həyata keçirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər