“Azərbaycan Sənaye Korporasiyası”nda təyinat olub

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin Maliyyə departamentinin direktor müavini, baş mühasibi təyin edilib.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Məlumata görə, bu Sənubər Əliyevadır.

O, 13 may 2022-ci il tarixindən etibarən isə Maliyyə departamentinin direktor müavini vəzifəsinə təyin olunub. Hazırda bu departamentə Rövşən Məmmədov direktorluq edir.

Sənubər Əliyeva 11 noyabr 1969-cu ildə Yevlax rayonunda anadan olub. 1992-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili” fakültəsini bitirib. 1994-cü ildə 9 saylı Dəmir Beton zavodunda baş mühasib, 2007-2017-ci illərdə isə “Azərelektrik Şəbəkə Tikinti” ASC-də baş mühasib vəzifəsində çalışıb. 18 dekabr 2017-ci ildə “Azərbaycan Sənaye Korporasiyası” ASC Maliyyə departamentində “Mühasibat uçotu” şöbəsinin şöbə müdiri və Korporasiyanın baş mühasibi vəzifəsinə təyin edilmişdi.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər

Auto Draft

Digər xəbərlər