10 C
Baku
Friday, December 13, 2024

“Azərbaycan Sənaye Sığorta”nın Müşahidə Şurasına yeni sədr təyin edildi

“Azərbaycan Sənaye Sığorta” ASC-nin Müşahidə Şurasına sədr təyin edildi.

Banker.az-ın məlumatına görə, yeni təyin edilən sədr Rəşad Əhmədovdur.

Rəşad Əhmədov 2018-ci ilin iyun ayından indiyə kimi İcbari Sığorta Bürosunda icraçı direktor kimi çalışıb.

Qeyd edək ki, Rəşad Əhmədov Türkiyənin Anadolu Universitetinin məzunudur. Beynəlxalq iqtisadiyyat üzrə fəlsəfə doktorudur (PhD).

O, 2007-ci ilin oktyabr ayından 2016-cı ilin may ayına qədər “Azərbaycan Sənaye Sığorta” şirkətinin İdarə Heyətinin sədri, 2016-2018-cillərdə isə “Alliance Capital AŞ” şirkətində İdarə Heyətinin sədri, 2018-ci ilin yanvar ayından iyun ayına kimi Müşahidə Şurasının üzvü olub.

Son xəbərlər
Digər xəbərlər