23 C
Baku
Friday, April 19, 2024

Azərbaycan şərablarının Çinə ixracının çoxaldılması məsələsi müzakirə edilib

“AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan 10-dan çox şirkətin nümayəndəsi ilə görüş keçirilib. İxracatçılar Klubu çərçivəsində keçirilmiş görüşdə Çin Xalq Respublikasındakı ticarət nümayəndəmiz Teymur Nadiroğlu da iştirak edib, Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsinə dair müzakirələr aparılıb”, – deyə məlumatda bildirilir.

Daha əvvəl prezident İlham Əliyev qeyd etmişdi ki, Azərbaycan konyak və şərab məhsullarının ixrac həcmini qısa müddət ərzində əhəmiyyətli dərəcədə artıra bilər.

“Keçən il ixrac artıb, konyak və şərab ixracı ölkəmizə cəmi 17,5 milyon dollar vəsait gətirib. Ona görə, biz şərab və konyak məhsullarının istehsalını və ixracını ən azı 5 dəfə artıra bilərik. Şərab zavodlarının istehsal potensialı ildə 100 milyon butulkadır.Ancaq biz bunun təqribən 20-30 faizini istifadə edirik”, – deyə dövlət başçısı vurğulayıb.

2016-cı ildə Azərbaycan və Çin arasında mal dövriyyəsi təqribən $1 mlrd. təşkil edib edib. Azərbaycan məhsullarının Çinə ixrac həcmi 5,1 dəfə – $272 mln.-dək, Azərbaycana idxal 38% – $704 mln.-dək artıb

Azərbaycanda şərab istehsalı və ixracı ilə məşğul olan şirkətlərin nümayəndələri bu gün Bakıda keçirilən görüşdə Azərbaycan şərablarının Çinə ixracının genişləndirilməsi məsələsini müzakirə ediblər. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) məlumatında deyilir.

Son xəbərlər
Digər xəbərlər