22 C
Baku
Friday, April 26, 2024

Azərbaycan sərhədindəki İran qoşunları – “xeybər fatehləri”ə Türkiyədən cavab gecikmədi

İran sabah Azərbaycan sərhədlərində başlayacaq hərbi təlimlərə “Fatihan Xeybər” (“Xeybər fatehləri”) adını verib. 629-cu ildə müsəlmanlarla yəhudilər arasında Xeybər savaşı baş verib və Mədinə yaxınlığındakı bu şəhər Əlinin xüsusi şücaət göstərdiyi müharibənun sonunda müsəlmanların nəzarətinə keçib.

İran XİN-in “sərhədlərimizin yaxınlığında sionist rejiminin təzahürünə dözməyəcəyik” açıqlaması deməyə əsas verir ki, təlimin adı təsadüfi seçilməyib. Şübhə yoxdur ki, bu hərbi manevrlər Azərbaycan Respublikasına xəbərdarlıq/mesaj xarakteri daşıyır və Bakıda ciddiyə alınmalıdır. Açıq hərbi müdaxilə gözlənilməsə də, İranın özünə təhlükə kimi qiymətləndirdiyi hansısa obyektə (məsələn, camış ferması) lokal zərbə endirməsi ehtimalını da tam istisna etmək doğru olmaz. (Bütün, o cümlədən nəzəri ehtimallar dövlət tərəfindən diqqətə alınmalıdır.)

Yaxın günlərdə Türkiyə prezidenti Ərdoğanın Füzuli hava limanının açılışına, yəni İran sərhədləri yaxınlığına gəlişi həm də Tehrana mesaj olacaq. Bu səfəri “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə”nin 1-ci maddəsi çərçivəsində də dəyərləndirə bilərik. Orada yazılıb:
…Tərəflərin hər hansı biri ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin toxunulmazlığının təhdid edildiyi və ya təhlükə altında olduğu qənaətində olduqda, Tərəflər bu təhdid və təhlükələrin aradan qaldırılması istiqamətində görülə biləcək tədbirlər barədə təxirəsalınmadan məsləhətləşmələr aparacaqlar.

Yeri gəlmişkən, bəzi siyasətçilərimizdən və şərhçilərimizdən hələ də eşidirik ki, Türkyə ilə hərbi müttəfiqlik, birgə müdafiə haqqında anlaşma imzalanmalıdır. Halbuki barəsində danışdığmız müqavilə bu müttəfiqliyin hüquqi bazasını çoxdan yaradıb, məcbur deyil ki, sənədin adında “hərbi müttəfiqlik” sözləri yazılsın. Məsələn, 2-ci maddə çox aydındır:
“Tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda, Tərəflər BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və ya kollektiv özünümüdafiə hüququnun həyata keçirilməsi üçün hərbi imkan və qüdrətlərindən istifadə etmək də daxil olmaqla, mövcud imkanları çərçivəsində bütün zəruri tədbirlərin görülməsi məqsədi ilə bir-birinə qarşılıqlı yardım göstərəcəkləri barədə razılığa gəldilər. Bu yardımın forması və həcmi təxirəsalınmadan Tərəflər arasında razılaşdırılacaq.”
Bu sənəd Türkiyənin Azərbaycana hərbi yardımı və onun müdafiəsinin təşkili üçün zəruri tədbirləri görməsinə hüquqi təməl yaradır.

şahin cəfərli

Müəllif:
Şahin Cəfərli

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər