9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan Sakit Okean Alyansının 2-ci Əməkdaşlıq Forumunda iştirak edib

Sakit Okean Alyansının 2-ci əməkdaşlıq forumu video-konfrans formatında keçirilib.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Alyansda müşahidəçi dövlət statusuna malik olan Azərbaycan 2-ci forumun işində iştirak edib.

Forumda qeyd edilib ki, Qarabağın mədəni paytaxtı və Qafqazın mədəni incisi olan, Müsəlman Şərqində ilk operanın yazılmasına ilham verən Azərbaycanın mədəni paytaxtı Şuşanın işğaldan azad edilməsi regional turizmin inkişafına böyük töfhə verəcəkdir. Forum iştirakçılarının diqqətinə multikultural irsin turizm sahəsində əhəmiyyəti və bu xüsusda Azərbaycanın malik olduğu zəngin dəyərlər və mədəni irs haqda məlumat verilib.

E.İskəndərov qeyd edib ki, bu sahədə Azərbaycan böyük təcrübəyə malikdir – ölkədə dini və etnik mənsubiyyətindən asılı olmayaraq bütün tairixi və mədəni abidələr qorunur və bərpa edilir. Turizm və mədəniyyət industriyasının sülhün bərpasında rolunu qeyd edən natiq bu sahədə təcrübəsi olan Azərbaycanın işğaldan azad edilmiş ərazilərini lazımi bərpa işlərindən sonra dünya iqtisadi münasibətlər və mədəni xəzinəsinə qaytaracağına, bunun da bölgədə sülhün möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər