2024-cü ilin yanvar-mart ayında Azərbaycanda sığorta yığımlarının həcmi 373 milyon 140 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8% çoxdur.
Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.
Sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 153 milyon 327 min manat olub ki, bu da 50% artım deməkdir.
Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 346 milyon 910 min manat, sığorta ödənişlərinin həcmi isə 102 milyon 290 min manat olub.