ABŞ-ın Stenford Universitetində Azərbaycanın “İnnovasiyalar Evi”nin açılış mərasimi keçirilib.
Bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin direktoru Məmməd Kərimov deyib.
Onun sözlərinə görə, hazırda “İnnovasiyalar Evi”ndə 4 startap fəaliyyətə başlayıb, cari ilin sonuna isə startapların sayı 12-yə çatdırılacaq.
“”İnnovasiyalar Evi”nin əsas fəaliyyəti Azərbaycan startaplarına dəstək verməkdən ibarətdir. Yəni burada işini qurub, genişləndirmək istəyən startaplar “İnnovasiyalar Evi”ndən istifadə edə bilər. Hər bir yeni startap onun üçün nəzərdə tutulmuş üçaylıq akselerasiya proqramına qoşula biləcək. Onlar burada həmçinin müxtəlif “Demo day”lərdə iştirak edəcək, investorlarla görüşəcəklər”, – deyə M. Kərimov qeyd edib.
©APA