9 C
Baku
Friday, December 13, 2024

Azərbaycan şirkəti adını və təşkilati-hüquqi formasını dəyişdi

Azərbaycan şirkəti rebrendinqə getdi.                    Banker.az xəbər verir ki, “Goldmoon” MMC adını və təşkilati-hüquqi forması dəyişərək Enermus Qapalı Səhmdar Cəmiyyətinə çevrildiyini elan edir. 07.01.2016-cı il tarixində yaranan Goldmoon MMC bu gün artıq 4 illik təcrübəsi olan ENERMUS QSC olmuşdur.

Fəaliyyətə başladığı gündən spesifik olan qaz təsərrüfatı sahəsi üzrə ixtisaslaşan şirkət illər keçdikcə məişət və sənaye qaz avadanlıqlarının satışından Şkaf tipli Qaz Tənzimləyici Məntəqə və Elektriksiz İşləyən Pnevmatik Odorant Qurğularının yerli istehsalına keçmiş, 2017-ci ildə lisenziya əldə edərək qaz təsərrüfatı üzrə tikinti quraşdırma işləri və xidmətlərin göstərilməsinə başlamışdır.

Son xəbərlər
Digər xəbərlər