22 C
Baku
Friday, April 26, 2024

Azərbaycan şirkəti daha 5 ölkəyə sütkü yağlarının satışına başlayıb

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC tərəfindən bir sıra ölkələrə sürtkü yağlarının ixracına başlanılıb.

Banker.az xəbər verir ki, “ALCO” MMC tərəfindən ilk dəfə olaraq Rumıniya, Çexiya, Latviya, Litva və İordaniyaya sürtkü yağları ixrac edilib. Bu ölkələrə il ərzində 10 min tondan çox məhsul göndərilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkının rezidenti “ALCO” MMC 150 növdən çox sürtkü yağının istehsalını həyata keçirir. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, dünyanın 30-dan çox ölkəsinə “Made in Azerbaijan” brendi adı ilə ixrac edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər