10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan şirkəti ilk dəfə öz məhsullarını ABŞ-a ixrac edib

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC tərəfindən ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarına (Miçiqan ştatına) aqrotexnikalar üçün ehtiyat hissələrinin (yedək parça) ixracı həyata keçirilib.

Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu ölkəyə ilkin mərhələdə 36.3 ton məhsul göndərilib.

Qeyd edək ki, “Azertexnolayn” MMC 2013-cü ildə Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Parkın ərazisində müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı polietilen boruların istehsalını həyata keçirir. Hazırda müəssisədə 60-dan çox çeşiddə məhsul istehsal olunur. Müəssisənin məhsulları daxili bazara satılmaqla yanaşı, dünyanın 20-dən çox ölkəsinə ixrac edilir.

Son xəbərlər
Digər xəbərlər