23 C
Baku
Sunday, September 29, 2024

Azərbaycan şirkəti Ukraynanın supermarketlər şəbəkəsinə pomidor satışı üçün müqavilə imzalayıb

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə qida məhsulları, spirtsiz içkilər və mineral suların istehsalı sahəsində fəaliyyət göstərən 14 Azərbaycan şirkəti öz məhsullarını “Made in Azerbaijan” vahid ölkə stendində nümayiş etdirilib.

Banker.az xəbər verir ki, bu barədə AZPROMO-nun məlumatında bildirilib.

Məlumatda deyilir ki, sərgidə əldə olunan ilkin razılıqlar nəticəsində Azərbaycan istehsalı məhsulların ixracına dair 1.2 milyon ABŞ dolları dəyərində müqavilələr bağlanıb.

Belə ki, Azərbaycanın “Agro Norm” MMC şirkəti Belarusdan olan şirkətlə 500 min ABŞ dolları, Ukraynanın supermarketlər şəbəkəsi ilə isə 600 min ABŞ dolları dəyərində pomidor məhsulunun ixracına dair müqavilə imzalayıb.

Bundan başqa, “Ulduz” Şokolad Fabriki MMC İordaniya və Səudiyyə Ərəbistandan olan şirkətlərlə bağladığı müqaviləyə əsasən, 116 min ABŞ dolları dəyərində şirniyyat məhsullarının ixracını həyata keçirib.

 

Son xəbərlər
Digər xəbərlər