“GÜLAY” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 19 mart 2021-ci il saat 10.00-da Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31nömrəli ünvanda yerləşən inzibati binada aşağıdakı gündəlikdə keçiriləcəkdir
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakılar daxildir:
1. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkilinin təsdiqi.
2. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə əlaqədar bölünmə balansının təsdiqi.
3. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə əlaqədar “GÜLAY” ASC-nin 169 816 manat həcmində 84 908 ədəd adi, adlı səhmlərinin dövriyyədən çıxarılaraq ləğv edilməsi.
4. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə əlaqədar “GÜLAY” ASC-nin nizamnamə kapitalının müəyyənləşdirilməsi.
5. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə bağlı nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi.
6. “GÜLAY” ASC-nin ayrılma qaydasında yenidən təşkili ilə əlaqədar təşkilati və hüquqi məsələlərin həlli. Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 17.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 31 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər. Yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.