12 C
Baku
Thursday, March 28, 2024

Azərbaycan smartfonları hansı ölkədən alır?

Azərbaycan ilin ilk yeddi ayında xaricdən 186 261 ədəd smartfon alıb.

Banker.az-ın rəsmi statistikaya istinadən xəbərinə görə, idxalın dəyəri 40.44 mln. ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsi cari ilin mayından smartfonların statistikasını ayrıca aparmağa başlayıb. Həmin dövrdən öncə bu mobil telefonlarla birgə hesablanırdı.

Smartfonların 108 394 ədədi (23.08 mln. dolları) Çindən, 51 417 ədədi (11.68 mln. dollar) Vyetnamdan, 24 705 ədədi (5.48 mln. dollar) Hindistandan və 725 ədədi (0.18 mln.) Honkonqdan idxal edilib.

Son xəbərlər
Digər xəbərlər