Bu il oktyabrın 1-nə Azərbaycanın valyuta ehtiyatları 65 milyard 299,3 milyon ABŞ dolları təşkil edib.
Bunun 85%-i və yaxud 55 milyard 524 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 15%-i və yaxud 9 milyard 775,3 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 188,3 milyon ABŞ dolları və yaxud 1,9% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 608,9 milyon ABŞ dolları və yaxud 1,1%, AMB-nin valyuta ehtiyatlarında isə 579,4 milyon ABŞ dolları və yaxud 6,3% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 12 milyard 245,6 milyon ABŞ dolları və yaxud 23,1% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 10 milyard 137,6 milyon ABŞ dolları və yaxud 22,3%, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 108 milyon ABŞ dolları və yaxud 27,5% artım nümayiş etdirib.
ARDNF-in
valyuta ehtiyatları (milyon ABŞ dolları) |
AMB-nin
valyuta ehtiyatları (milyon ABŞ dolları) |
Azərbaycanın
valyuta ehtiyatları (milyon ABŞ dolları) |
|
01.10.2023 | 55 524,0 | 9 775,3 | 65 299,3 |
01.07.2023 | 54 915,1 | 9 195,9 | 64 111,0 |
01.04.2023 | 53 437,6 | 9 133,0 | 62 570,6 |
01.01.2023 | 49 033,6 | 8 995,7 | 58 029,3 |
01.10.2022 | 45 386,4 | 7 667,3 | 53 053,7 |