19.2 C
Baku
Tuesday, May 20, 2025

Azərbaycan Şri-Lankadan çay idxalını kəskin artırıb

2025-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan qara çayın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfədən çox artaraq 3 430.96 tona çatıb.

Banker.az xəbər verir ki, bu idxalın ümumi dəyəri 20.93 milyon ABŞ dolları təşkil edib ki, bu da illik əsasda 2.7 dəfə artım deməkdir.

2024-cü ilin ilk üç ayında ölkəyə cəmi 1 699.20 ton qara çay idxal olunmuş və 7.79 milyon dollar ödənilmişdi.

Ən böyük idxal artımı Şri-Lankadan qeydə alınıb. Bu ölkədən 2 688.92 ton və ya 18.23 mln dollar çay idxal olunub ki, bu da əvvəlki illə müqayisədə iki dəfədən çox artım deməkdir. Hindistandan idxal da 2.1 dəfə artaraq 653.29 tona  və ya 2.35 mln dollar yüksəlib.

Digər əsas təchizatçılar arasında Keniya (77.1 ton), İran (11.05 ton) və Rusiya (0.6 ton) yer alıb. 2024-cü ildə idxal qeydə alınan Türkiyə və Səudiyyə Ərəbistanı bu il siyahıda yoxdur.

Son xəbərlər
Digər xəbərlər