3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan startap ekosistemlərinin qlobal reytinqində 4 pillə irəliləyib

Azərbaycan startap ekosistemlərinin qlobal reytinqində (Global Startup Ecosystem Index 2022) 85-ci yerdə qərarlaşıb.

Bu barədə “StartupBlink” analitik mərkəzinin dərc etdiyi hesabatda bildirilir.

Ötən ilin göstəricisi ilə müqayisədə Azərbaycanın mövqeyi 4 pillə yaxşılaşıb (ötən ölkə 89-cu yerdə idi).

Qlobal reytinq startap iqtisadiyyatının vəziyyətini qiymətləndirir, onların artım dinamikasını və əsas tendensiyalarını təsvir edir. Builki hesabatda 1000 şəhər və 100 ölkədə startap ekosistemləri qiymətləndirilib.

Qeyd edək ki, reytinqdə birinci yerdə ABŞ, ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İsrail qərarlaşıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər