7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan svop əməliyyatları çərçivəsində neft və qazın idxalına vergi güzəşti tətbiq edib

Azərbaycan bu gündən svop əməliyyatları çərçivəsində xam neftin və təbii qazın idxalını 3 il müddətinə ƏDV-dən azad edir.

Banker.az verir ki, bu, Vergi Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulub.

Sənədə əsasən, bu əməliyyat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın verdiyi təsdiqedici sənəd əsasında aparılacaq.

Qeyd edək ki, hazırda Azərbaycan svop sazişləri çərçivəsində Türkmənistan və İrandan qaz idxal edir. Azərbaycan İrandan keçməklə 2 milyard kubmetr Türkmənistan qazı alır.

Azərbaycanda ƏDV dərəcəsi 18 % təşkil edir.

Son xəbərlər
Digər xəbərlər