15 C
Baku
Friday, March 29, 2024

Azərbaycan Tibb Universitetinin klinikalarının 57 tibb işçisi koronavirusa yoluxub

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında çalışan 33 tibb işçisi koronavirusa yoluxub. Bundan öncə də bu klinikada periodik olaraq invfeksiyaya yoluxub sağalan tibb işçiləri olub.

Bu barədə ATU-nun Mətbuat Xidmətinin rəhbəri Günel Aslanova bildirib.

Onun sözlərinə görə, tibb işçilərinin 6 nəfəri sağalaraq evə buraxılıb.

“27 nəfər tibb işçisnin müalicəsi davam etdirilir. Hazırda müalicə alan tibb işçilərindən 6-nın vəziyyəti ağırdır, 15-i orta ağır, digər 6 nəfəri isə yüngül vəziyyətdədir,” o qeyd edib.

Mətbuat Xidmətinin rəhbərinin sözlərinə görə, ATU-nun digər klinikası, -Tədris Terapevtik Klinikasının 24 tibbi personalı da koronavirusa yoluxub.

“Onlardan sağalıb işə qayıdanlar da var, müalicə alanlar da var,” o qeyd edib.

Aslanova ATU-nun klinikalarının COVİD-19-a yoluxan tibb işçiləri arasında ölüm hallarının qeydə alınmadığını bildirib.

Xatırladaq ki, bu ilin mart ayından ATU-nun hər iki klinikası koronavirus pandemiyası ilə mübarizə aparan xüsusi klinikalar sırasındadır.

Son xəbərlər
Digər xəbərlər