6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan ticarətçiləri Ukraynadan idxalı dayandırıb, Rusiyaya “üz tutub”

Azərbaycan 2020-ci ildə xaricdən idxal etdiyi ağ şəkərin həcmini 49.7 min ton, yəni, 60.9 faiz artırıb.

Banker.az-ın xəbərinə görə, Azərbaycan 2020-ci ilin ilk 9 ayı ərzindən xaricdən 131.28 min ton həcmində ağ şəkər alıb. Bununla da Azərbaycandan $46 milyon valyuta xaricə axıb.

Maraqlı məqam isə şəkər almaq üçün ticarətçilərimizin seçim etdiyi ölkələrin proporsiyalar üzrə bölgüsüdür. Azərbaycan son bir ildə Rusiya Federasiyasının ölkəyə gətirilən şəkər idxalındakı payını 29.9%-dən 99.6%-ə qədər yüksəldib. Ölkəmizə əvvəlki ilin eyni dövründə 81.58 min ton ağ şəkər olmaqla $33.88 milyon idxal dəyəri olmuşdu. Azərbaycan ötən ildə bu məhsulun 24.37 min tonu ($9.63 mln.) RF-dən, 57.17 min tonu isə ($24.16 mln.) Ukraynadan almışdı.

Azərbaycan cari ildə isə cəmi olaraq 131.28 ton ağ şəkərin 130.75 min tonunu ($45.59 mln.) RF-dən alıb.

Bununla belə, Azərbaycan xaricə bu il 24.1 mln. ton daha az, yəni, 45.2% daha az şəkər ixrac edib. Belə ki, cari ildə 29.28 min ton və ya $12.37 milyon valyuta gəlib. Ötən il Azərbaycan şəkərinin 31.85 min tonu ($13.86 mln) Türkmənistana, 19.92 min tonu ($8.29 mln) Gürcüstana satılmışdı.

Cari ilin müvafiq dövründə isə Türkmənistan 19.69 min ton ($7.87 mln), Əfqanıstan 5.25 min ton ($2.52 mln), Gürcüstan 2.1 min ton ($0.88 mln), İraq 1.55 min ton ($0.59 mln) və Rusiya 0.66 min ton ($0.48 mln) Azərbaycanda ağ şəkər alıblar.

Son xəbərlər
Digər xəbərlər