6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan tikintisində xaricilərlə birləşib iş görmək 22% artım var – Dövlətinkini üstləyir

Azərbaycanda 2020-ci ilin ilk yeddi ayı ərzində qeyri-dövlət mülkiyyəti üzrə yerinə yetirilmiş tikinti işləri artıb, xaricilərlə birgə mülkiyyətlər isə daha çox böyüyüb.

Cari ilin ilk yanvar-iyul ayları ərzində Azərbaycanda ₼4 674.71 milyon dəyərində tikinti işləri yekunlaşıb, bunun, ₼713.74 milyonu dövlət mülkiyyətinin, ₼3 960.97 milyonu isə qeyri-dövlət mülkiyyətinə aiddir. Bu barədə Banker.az-ın Dövlət Statitika Komitəsindən əldə etdiyi rəqəmlərdə deyilir.

Bildirməliyik ki, dövlət mülkiyyəti öncəki ilin müvafiq dövrü ilə müqayisədə 16% azalıb, qeyri-dövlət mülkiyyəti isə 8.5% mühüm artım nümayiş etdirib.

Qeyri-dövlət mülkiyyətdə ₼2 708.76 milyon xüsusi, ₼531.56 milyon xarici və ₼720.65 milyonu isə birgə (yəni, xaricilərlə birgə) dəyərində yerinə yetirilmiş tikinti olmuşdur.

Burada xüsusi olaraq artımda pay sahibi birgə mülkiyyətin artımını qeyd etməliyik. Ölkəmizdə 2020-ci ilin ilk 7 ayında yerinə yetirdikləri tikinti işlərinin dəyəri öncəki ildən 22%-dən çox artım edib. Öncəki ildə xaricilərlə yerinə yetirilmiş birgə tikintinin dəyəri ₼589.65 milyon idi.

 

Son xəbərlər
Digər xəbərlər