Ötən il toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 427,5 milyon manat dəyərində məhsul istehsal edilib.
Bu da 2018-ci il ilə müqayisədə toxuculuq sənayesində 33,2%, geyim istehsalında 22,6% artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 2,9% azalma deməkdir.
2019-cu il ərzində Azərbaycanda 84 811,1 ton pambıq lifi istehsal olunub ki, bu da 2018-ci il ilə müqayisədə 38,9% çoxdur.
Ötən il 21 098 min kv. metr hazır pambıq parçalar və 34 783,2 ton pambıq iplik buraxılıb ki, bu da 2018-ci il ilə müqayisədə müvafiq olaraq 9,2% və 41% çoxdur. Xalça istehsalında da artım müşahidə olunub. Belə ki, 2019-cu ildə 2 808,3 kv. metr xalça və xalça məmulatları istehsal olunub ki, buda 2018-ci il ilə müqayisədə 57,5% çoxdur.
Geyim məhsullarının buraxılışı:
Geyim məhsulları |
2019-cu ildə istehsal edilib |
2018-ci ilə nisbətən, % |
Üst geyim, min ədəd |
373,6 |
88,7 |
Alt geyim, min ədəd |
550,6 |
92,7 |
Digər trikotaj məmulatları, min ədəd |
40,1 |
133,2 |
Corab məmulatları, min cüt |
3 248,9 |
137,2 |
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat və peşə komplektləri, min ədəd |
572,0 |
171,7 |
Kişi və ya oğlanlar üçün pambıqdan və ya kimyəvi liflərdən hazırlanan istehsalat penсəkləri və bleyzerləri, ədəd |
2 710,0 |
1,1 |
Qadın və ya qızlar üçün kostyum və komplektlər, ədəd |
2 294,0 |
68,8 |
©APA