21 C
Baku
Monday, April 29, 2024

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilir

Bu gün Kayseridə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçirilir.

Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze iştirak edir.

Görüşdə üçtərəfli formatda əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılacaq.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər