27 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycan Türkiyədən qumbaraatanlar almaq niyyətindədir

Azərbaycan tərəfi Türkiyə istehsalı qumbaraatana maraq göstərir.

Anadolu Agentliyinə istinadən verilən xəbərə görə, silahı istehsal edən şirkətin sahibi Səlim Akdaş bildirib ki, qumbaraatanların ixracına hazırlaşırlar.

Səlim Akdaş qeyd edib ki, qumbaraatana dost və qardaş ölkələr də maraq göstərir. O, məhsula 20-dən çox ölkədən tələbatın olduğunu əlavə edib: “Hazırda Azərbaycanla da danışıqlar aparırıq. Altı barabanlı qumbaraatan üçün tələbat var. Milli Müdafiə Nazirliyimiz məqsədəuyğun hesab edərsə, bunu həmin ölkələrə veririk. Yəni, hər rastımıza çıxan bizdən silah ala bilməz. Türkiyənin dost və qardaş ölkələrinə göndərə bilirik. Altı barabanlı model 400 və 800 metr mənzillidir. Azərbaycan bunu istəyir, danışıqlar gedir”.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər