15 C
Baku
Saturday, April 20, 2024

Azərbaycan tütün və tütün məmulatlarının idxalını 4 dəfədən çox artırıb

Bu ilin yanvar ayında Azərbaycana 13 milyon 869 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Banker.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8 milyon 610 min ABŞ dolları və yaxud 4.3 dəfə çoxdur.

2022-ci ilin yanvarında isə Azərbaycana gətirilən tütün və tütün məmulatlarının dəyəri 5 milyon 259 min dollar dəyərində olub.

Hesabat dövründə tütün və tütün məmulatlarının idxalı ümumi idxalın 0.98%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər