Bu ilin yanvar-fevral aylarında Azərbaycanda araq istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29.6% azalaraq 174.5 min dkl təşkil edib. Bu dövrdə pivə istehsalında da azalma olub. Belə ki, istehsal illik müqayisədə 28.7% azalaraq 430.4 min dkl olub.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında deyilir.
Hesabat dövründə viski, konyak istehsalı illik müqayisədə 29.2% artaraq 3.1 min dkl-ə çatıb. Üzüm şərabının istehsalında da kəskin artım müşahidə olunur. Belə ki, istehsal 113.3% artıb 125.2 min dkl-ə çatıb.
Həmçinin, alkoqolsuz içkilərin istehsalında 16.8% artım var. Hesabat dövründə 3 375.9 min dkl alkoqolsuz içki istehsal olunub.