-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və Əfqanıstan XİN rəhbərləri arasında telefon danışığı olub

Oktyabrın 5-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Əfqanıstan İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Hənif Atmar arasında telefon danışığı baş tutub.

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Məhəmməd Hənif Atmar bölgədə yaşanan gərginlikdən narahatlıq ifadə edib və Əfqanıstanın Azərbaycana dəstəyini bir daha qeyd edib.

 

Nazir Ceyhun Bayramov qardaş Əfqanıstan tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verilən dəstəyi yüksək qiymətləndirib və bu xüsusda, Əfqanıstan İslam Respublikasının Milli Şurasının bəyanatlarına istinad edib.

Nazir Ceyhun Bayramov həmkarına bölgədəki son gərginliklə bağlı, xüsusilə  Ermənistan tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturunun məqsədli şəkildə hədəfə alınması barədə məlumat verib. Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttindən uzaq yerləşən Azərbaycan şəhərlərini məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində mülki əhali arasında itkilərlər və mülki infrastruktura dəymiş ziyan vurğulandı. Nazir bildirib ki, regionda sülh və təhlükəsizliyin təmin edilməsi üçün beynəlxalq hüququn norma və prinsiplərinə ciddi riayət olunması, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi zəruridir.

Son xəbərlər
Digər xəbərlər