23 C
Baku
Thursday, April 25, 2024

Azərbaycan və BƏƏ KOB-ları arasında işçi qrupu yaradılır

İqtisadiyyat naziri Mikayıl Cabbarovun BƏƏ-yə səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib.
Banker.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən məlumat verir.
İclasın sonunda yekunlara dair Protokol imzalanıb. Sənəddə ikitərəfli iqtisadi əlaqələr, investisiya, ticarət, “yaşıl” enerji, kənd təsərrüfatı, qida təhlükəsizliyi, innovasiya, logistika, turizm, səhiyyə, elm sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də iki ölkə arasında işgüzar əlaqələrin, KOB-lar arasında tərəfdaşlığın genişləndirilməsi və qarşılıqlı investisiyaların təşviqi məqsədilə Biznes Şurası və işçi qrupların yaradılması nəzərdə tutulur.
Komissiyanın iclası çərçivəsində həmçinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənəd ikitərəfli ticarət və biznes şəbəkələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı nəzərdə tutur.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər