Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun Bakıdakı səfiri Gennadi Axramoviç ilə görüşüb.
“BelTA” xəbər verir ki, görüş zamanı iqtisadi əməkdaşlığın inkişafı, o cümlədən qarşılıqlı mal tədarükünün genişləndirilməsi imkanları müzakirə edilib.
“Tərəflər bir sıra ortaq layihələr və əməkdaşlıq sahələri ətrafında fikir mübadiləsi aparıblar. Yeni məhsul qruplarının qarşılıqlı tədarükünün genişləndirilməsi imkanları, eləcə də turizm və təhsil sahələrindəki mövcud potensialın inkişaf etdirilməsi variantları müzakirə edilib”, – Belarus XİN-in məlumatında bildirilir.
©Report