10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan və Britaniya arasında sənəd imzalandı

Azərbaycan-Böyük Britaniya Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclası zamanı iki sənəd imzalanıb.

Tədbir çərçivəsində “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Beynəlxalq Ticarət Nazirliyi arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Sənəd iki ölkə arasında enerji məsələlərində əməkdaşlığı gücləndirmək və iqlim dəyişikliyi probleminin həlli imkanlarını araşdırmağı nəzərdə tutur. Memorandum çərçivəsində bərpa olunan enerji, enerji səmərəliliyi, aşağı karbonlu texnologiyalar, liberal enerji bazarına keçid və elektrik şəbəkələri sahələrində əməkdaşlıq ediləcək, məlumat və təcrübə mübadiləsi aparılacaq.

Eyni zamanda, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Elektron Hökumətin İnkişafı Mərkəzi” ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Rəqəmsal Hökumət Xidməti arasında rəqəmsal hökumət sahəsində Niyyət Protokolu da imzalanıb.

Sonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Hökumətlərarası Komissiyanın 5-ci iclasının isə 2022-ci ildə London şəhərində keçirilməsi barədə razılıq əldə olunub.

MənbəBakupost
Son xəbərlər
Digər xəbərlər