1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan və Britaniya arasında təhsil fəaliyyət planı imzalanıb

Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planı imzalanıb.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tvitter səhifəsində yazıb.

Sənədi Azərbaycan Təhsil Nazirliyi və Britaniya Konsulluğunun nümayəndələri imzalayıblar.

“Təhsil sahəsində Böyük Britaniya ilə Azərbaycan arasında əməkdaşlıq sürətlə inkişaf edir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Britaniya Konsulluğu arasında təhsil fəaliyyət planının imzalanması Azərbaycanda keyfiyyətli təhsilin təmin olunmasına dəstək vermək üçün daha çox Böyük Britaniya təcrübəsini gətirəcək”, – səfir tvitində deyib.

Son xəbərlər
Digər xəbərlər